Feeds:
Yazılar
Şərhlər

Halikarnas mavzoleyi

Dünyanın 5-ci möcüzəsi kimi Kiçik Asiyanın Qədim Kariya padşahlığının paytaxtı Halikarnasda,  yəni Türkiyənin indiki Bodrum şəhərində yerləşirdi. Bu, Kariya padşahı Mavsol üçün onun dul arvadı Artemisyanın istəyi ilə e.ə IV əsrin ortalarında məzarının üzərində tikilən əzəmətli məqbərə idi.

Tavan ölçüləri 32×38 m olan mavzoley Antik dövr mənbələrinin yazılarına görə 4 hissədən ibarətdir. Ən altda ağ mərmərdən relyef zolağı ; onun üzərində kenarında 11, qısa kənarlarında isə 9 olmaqla 36 ionik mərmər sütünlü məbəd şəklində bir hissə var; onunda üzərində də 24 pilləli ehramşəkilli mərmər dam ; ən yüksəkdə isə mərmər 4 atın çəkdiyi araba içində Mavsol və Artemisyanın heykəlləri mavzoleyi tamamlayır. Ele “mavzoley” sözü də Mavsolun adından yaranmışdır. Mavzoley zəlzələ nəticəsində çökmüşdür.

Abidənin olduğu yer bu gün çuxur olaraq qalmaqdadır. Həmin ərazinin yaxınlığında isə yarı-qapalı muzey yerləşir. İçəri girərkən sağda Bodrum tipli bir ev var, solda isə mavzoleylə bağlı memarlıq elementləri, maketlər, heykəllər sərgilənir. Mavzoleyin hündürlüyü 55 metrdir, bu da 20 mərtəbəli binanın hündürlüyü qədərdir. Antik mənbələrdə dörd atlı heykəlin və mavzoleyin Fidiyə məxsus olduğu yazılmaqdadır.  Ardını Oxu »

“Rəqs edən ev”

Bu bina Praqanın sıx əhalisi olan ərazisində yerləşir və ofis binası kimi fəaliyyət göstərir. 

Çex esilli memar Vlado Milunik və Kanada əsilli memar Frank Gehrinin birgə layihələndirdiyi binadır. 1992-ci ildə başlayan inşaat 1996-cıı ildə tamamlanmışdır. Bina Dekonstruktivizm stilindəki layihənin təsdiqində müzakirələr  meydana gəlsədə, Çex Respublikasının ilk prezidenti, həmçinin binanın tikiləcəyi yerə yaxın bölgədə yaşayan Vaklav Havel layihənin reallaşmasını yəsdiqləyir. Binanın orijinal adı Fred Astaire(rəqqas) və Ginger Roger(rəqqasə) partniyorlarına həsr olunmuş “Fred və Ginger” idi. Bina Praqada yerləşən yeni-barokko, yeni gotika üslublu binalar arasında diqqəti cəlb edir. “Dancing House” –un başqa bir adı da “Sərxoş ev”dir

Frank O. Gehri

Frank O.Gehri

Amerika memarı və heykəltəraş dizaynerdir. 1947-ci ildən bəri Los-Anceles, Kaliforniyada yaşayır.
Frank O. Gehry 1929-cu ildə Toroko,
Kanadada anadan olub, 1947-ci ildə ailəsiylə
Amerikaya köçüb, valideynləri Irving və Thelma
Goldberglərdir. O adını 50-ci illərin ortalarında
deyişib. O 1949-1950 illər Cənubi Californiya
universitetində təhsil alıb. Los Ancelesda bir firmada
dizayner kimi praktik təcrübə topladıqdan sonra, o 1954-cü ildə
CKU-də Memarlıq bakalavr dərəcəsini tamamlamaq üçün geri qayıdır.
Gehri növbəti dəfə Harvard Dizayn Ali məktəbinin “Şəhərsalma
fakültəsi”nə daxil olur. 1957-ci ildə Harvardı tərk edir, memar 1962-ci ildə
Los Ancelesde yerləşən “Frank O. Gehry and Associates” adlı şəxsi işini
qurmamışdan əvvəl, müxtəlif firmalarda işləmək üçün
Qərb Sahillərinə dönür. Gehrinin uşaqlıq idealı
1920-cii illerde Los Anceles ərazisində ev silsiləsi
yaradan Frank Lloyd Wright idi.
Ardını Oxu »

Adidas


Adidas – a name that stands for competence in all sectors of sport all over the world. Adidas was founded by Adolf (Adi) Dassler, who started producing shoes in the 1920s with the help of his brother Rudolf Dassler who later formed rival shoe company PUMA AG. Adi Dassler’s aim was to provide every athlete with the best possible equipment. For this he followed three guiding principles: design the best shoe for the requirements of the sport, protect the athlete from injury, and make the product durable. Today, the Adidas brand product range extends from shoes, apparel and accessories for basketball, soccer, fitness and training to adventure, trail and golf. The company’s clothing and shoe logo designs typically feature three parallel stripes, and this same motif is incorporated into Adidas’s current official logo. Ardını Oxu »

Henri van de Velde

This slideshow requires JavaScript.

Van de Velde Henri-Belçıka memarı və pedeqoqu, həmvətətni Viktor Horta ilə təbiətdən alınmış girintili-çıxıntılı xətlərlə xarakterizə olunan Art Nouveau stilinin yaradıcısı.
Memar aprelin 3-ü 1863-cü ildə Belçıkanın Antverp adlı şəhərində anadan olub. Təhsilini Antverp və Parisdə alıb. 1895-1896 illərdə ilk böyük memarı proyektini reallaşdırdı. Bu onun Brusseldəki şəxsi evi “Bloemenwerf House” idi. 1901-ci ildə Berlinə köçərək, orda yaşamağa başlayır. Ev, öz vaxtında turistlərin və sənətsevərlərin marağına səbəb olaraq, sensasiya yaratdı.
1907-ci ildə Veymerde tikilmiş İncəsənət Məktəbi. Henri van de Velde yalnız bu binanın dizaynını vermeyib, hemçinin
Ev Hohe Pappeln (Yüksək qovaq), Weimar. İkinci evini də Velde özü inşa etmişdi. Bu məkan da sənətkarlar və sənətsevərlər tərəfindən populyar oldu. Ev I Dünya müharibəsindən sonra satıldı, Almaniya birləşəndən sonra ev bərpa edildi və xalqa açıldı.

Çin Astrologiyası nədir?

Latın astrologiyası kimi Çin astrologiyası da insanı 12 fərqli bürc və simvollarla təyin edər və insanın bürcünü tapmaq üçün doğum tarixindən istifadə edər. Ancaq Çin astrologiyası heyvanlar halqasıdır (heyvanlardan təşkil olunub), ulduzlarla o qədər də əlaqəsi yoxdur. Çin astrologiyası hadisəni və şəxsiyyəti təyin etmək üçün fəlsəfəyə, təqvimə, kosmosa və təbiətin ritmlərinə müraciət edir. Latın astrologiyası isə göyüzündəki cismlərin müvqe və hərəkətlərinə baxır. Ardını Oxu »

Feng-Şuy iş otağımızda

Worker-Room    Feng-Şuy üzrə mütəxəssislər iddia edirlər ki, karyeramızdakı uğurlar iş yerimizin düzgün təşkilindən daha çox asılıdır. Artıq qeyd etdiyimiz kimi fəzada ağlasığmaz dərəcədə çoxlu enerji axını dövr edir. Onların əşyaların rəngi, forması, istiqamət və materialı ilə sıx əlaqəsi var. Təsadüfi deyil ki, işgüzar tədbirlər keçirilərkən , həmin məkanın inşası ilə bağlı bəzi məlumatlar əvvəlcədən öyrənilir. Seminar maarifləndirmə məqsədi daşıdığı üçün onun keçirildiyi məkan bilik zonası istiqamətində tikilməlidir.  Ardını Oxu »

Follow

Get every new post delivered to your Inbox.